Zelenskinin Qələbə planı - Qızğın müzakirə gedir

Zelenskinin Qələbə planı - Qızğın müzakirə gedir
  • DÜNYA

Hazırda NATO üzvləri arasında Ukraynanın alyansa dəvət edilib-edilməməsi ilə bağlı müzakirələr gedir. Amma hələlik bu məsələdə konsensus yoxdur.
Aktual.az  xəbər verir ki, bunu Bayden administrasiyasının yüksək vəzifəli məmuru deyib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqladığı planın (Qələbə planı) müxtəlif elementləri ilə bağlı fəal müzakirə gedir:
"Bu müzakirə Baydenlə həm Ukrayna dövlət başçısının ABŞ-a səfəri zamanı, həm də dünən telefon danışığı zamanı olub. Hazırda planın əlavə hərbi yardımın təmin edilməsi baxımından müəyyən məqamları həyata keçirilir. Lakin Ukraynanın NATO-ya dəvəti ilə bağlı bu məsələdə konsensus yoxdur”.
Amerikalı rəsmi bildirib ki, NATO müttəfiqləri arasında dəvətlə bağlı mübahisələr gedir:
"Hazırda Ukraynaya dəvət təklif edib-etməmək barədə konsensus yoxdur. Ancaq bildiyiniz kimi, cəmi bir neçə ay əvvəl - iyulda NATO sammitində 32 müttəfiqin hamısı təsdiqlədi ki, Ukrayna üzvlüyə doğru dönməz yoldadır. Beləliklə, sual bu yolu necə təşviq etmək və növbəti addımlarda konsensusa necə nail olmaq taktikasıdır”.
Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR