Zelenskinin çağırışına ABŞ-dan cavab

Zelenskinin çağırışına ABŞ-dan cavab
  • DÜNYA

Pezident öz narahatlığını bizə özəl şəkildə çatdırdı. Biz onun bunu niyə etdiyini başa düşürük: Onun ölkəsi hücuma məruz qalır.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq çağırışına cavab verərkən ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, Vaşinqton Kiyevlə özəl dialoqu davam etdirəcək.
Kirbi həmçinin bildirib ki, Ukrayna ordusuna verilən silahlarla bağlı ABŞ siyasəti dəyişməyib.
Xəbər 134 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR