ABŞ və Böyük Britaniya Ukrayna lideri Vladimir Zelenskini Müdafiə Nazirliyin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və keçmiş ordu komandanı Valeri Zalujnı ilə əvəz etmək planları hazırlayır.
Aktual.az xəbər verir ki, bu barədə Rusiyaya sığınan ukraynalı siyasətçi Viktor Medvedçuk deyib.
"Budanovu ABŞ kəşfiyyatı Zelenskini əvəz edə biləcək bir fiqur kimi qiymətləndirir. Lakin onu necə dəyişmək mümkündür? Yalnız hərbi çevriliş yolu ilə...Ona görə də Budanovun Rusiya prezidentinə sui-qəsdlə bağlı açıqlaması böyük oyunun bir hissədir və burada Zelenskinin aradan götürülməsi məsələsi durur. Ona (Budanov) özünü Zelenskidən daha böyük Rusiya düşməni kimi görünmək gərəkdir”, - deyə o bildirib.
Xəbər 197 dəfə oxunub.