Zelenski XİN başçısını Vaşinqtona göndərdi

Zelenski XİN başçısını Vaşinqtona göndərdi
  • DÜNYA

Noyabrın 19-da Ukrayna xarici işlər naziri Andrey Sibiqa Vladimir Zelenskinin tapşırığı ilə Dövlət Departamenti və Konqresdə mühüm görüşlər keçirmək üçün Vaşinqtona səfər edib.
Aktual.az  xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bir gün əvvəl BBC-nin Ukrayna xidməti öz mənbələrinə istinadən Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın Donald Trampın nümayəndələri ilə danışıqlar aparmaq üçün yaxın vaxtlarda ABŞ-a səfər etmək niyyətində olduğu barədə məlumat vermişdi. Kiyevin Trampın çevrəsindən olan insanlarla əlaqə saxlamaq üçün başqa imkanlar da axtardığı bildirilmişdi.
Xəbər 141 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR