"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp həm ictimaiyyət arasında, həm də qapalı görüşlərdə Ukrayna müharibəsini bitirmək istədiyini açıqlayıb”.
Aktual.az-ın xəbərinə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski söyləyib.
O əlavə edib ki, Ağ Evin yeni rəhbərliyinin bu niyyətindən Rusiya prezidenti Vladimir Putin də xəbərdardır. V. Zelenski Rusiyanın ABŞ və Çindən, eləcə də Avropanın birləşməsindən çəkindiyini diqqətə çatdırıb.
Ukrayna lideri eyni zamanda ölkəsinin ordusu olmadan Avropanın Rusiya ilə müharibə apara bilməyəcəyinə işarə vurub:
"Rusiya ordusu Avropa İttifaqı (Aİ) ilə müqayisədə şəxsi heyət və silah-sursat baxımından daha üstündür. Aİ ölkələri sülh şəraitində yaşayır və müharibənin nə olduğunu bilmir. Lakin Rusiyanın bunda təcrübəsi var. Ukrayna ordusu olmadan Aİ-nin qələbə qazanmaq şansı yoxdur. Ukrayna heç bir ölkə üçün işğala və müdafiəyə ehtiyacı olan divar deyil. Əgər bu il ərzində müharibəni dayandırmaq istəyirsinizsə, bunun üçün hər şey etməlisiniz”.
Ukrayna prezidenti həmçinin D. Trampın Rusiyaya təzyiq göstərə biləcəyini deyib.
Zelenskinin toxunduğu növbəti məsələ isə ABŞ və Avropa İttifaqı arasındakı münasibətlərlə bağlı olub: "ABŞ bizim güclü tərəfdaşımızdır. Avropa İttifaqı silah istehsalını artırması hesabına daha da güclənib. Aİ praqmatik olmalı, silah istehsalını artırmalı və Rusiyaya göstərməlidir ki, daha çox silah hazırlayır”.
Xəbər 71 dəfə oxunub.