Ukrayna Prezidenti Vladimir Zelenski Britaniya hökumətinin başçısı Keyr Starmer və Fransa lideri Emmanuel Makronla "istəklilər koalisiyası" ərəfəsində qısa görüş keçirib.
Aktual.az xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.
Məlumata görə, görüş Yelisey sarayında baş tutub. Görüşün təfərrüatı açıqlanmayıb.
Qeyd edək ki, 31 ölkədən nümayəndə heyəti və liderlərin qatılacağı iclasa Makron və Starmer sədrlik edəcək.
Xəbər 322 dəfə oxunub.