Ukrayna Rusiyanın gələcək hücum əməliyyatları planlarından xəbərdardır.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna Rusiyanın 2025-2027-ci illər üçün sənədlərini və planlarını ələ keçirib:
"Onların məqsədləri aktual olaraq qalır: ölkəmizin şərqini, yəni Donetsk və Luqansk vilayətlərini işğal etmək. Onlar Zaporojye bölgəsi və Dnepr istiqamətində də davam etmək istəyirlər. Lakin bu istəyin hələlik reallıqla heç bir əlaqəsi yoxdur, çünki onlar tapşırığı yerinə yetirə bilmirlər”.
Xəbər 47 dəfə oxunub.