Ukrayna lideri Vladimir Zelenski Rusiyanın "Oreşnik” raketi ilə zərbəsindən sonra Qərb tərəfdaşlarından hava hücumundan müdafiə (HHM) sistemləri istəmişdi.
Aktual.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında yazıb.
O bildirib ki, Ukrayna-NATO Şurasının iclasından əvvəl NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı olub.
Zelenski hansı sistemləri tələb etdiyini açıqlamayıb.
Qeyd edək ki, Rusiya "Oreşnik"lə Dneprə ("Yujmaş"a) 21 noyabrda zərbə endirib.
Xəbər 65 dəfə oxunub.