Ukraynadakı demokratiyadansa, Belarusdakı diktatura yaxşıdır.
Aktual.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Hər yerdə fermerlər nəyisə dağıdır, hökumət binasının qarşısına peyin atırlar, müharibələr gedir və s. Və bu kiçik adada (Belarus nəzərdə tutulur – red.) dinclikdir. Bilirsiniz, xaricdəki bədxahlar təzyiq altındadırlar. Ona görə də bizi bu müharibəyə cəlb etmək istəyirlər. Vladimir Zelenski niyə belə davranır? Onunla mənim də, kiçik oğlumun da yaxşı münasibəti var idi. Nə danışır, nəyi çatmır? Ona əmr verirlər ki, ölkəni müharibəyə sürükləmək üçün mümkün olan hər şeyi etmək lazımdır”.
Xəbər 138 dəfə oxunub.