Ukrayna lideri Vladimir Zelenski mövcud münaqişə vəziyyətinə realist yanaşmalıdır.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışında deyib.
Tramp əlavə edib ki, Ukraynada seçkilərin keçirilməməsi onun demokratikliyi ilə bağlı suallar doğurur.
Ağ Ev rəhbəri həmçinin Ukraynada korrupsiyanın geniş yayılmasını da yenidən xatırladıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya hərbi vəziyyət şəraitində seçkilər haqqında qanunlar hazırlamağı təklif edib.
Xəbər 56 dəfə oxunub.