Zelenski Kiprdə səfərdədir

Zelenski Kiprdə səfərdədir
  • DÜNYA

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Birliyi Şurasına sədrliyi təhvil alan Kiprə səfər edib.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Bildirilib ki, o, yanvarın 7-də Nikosiyanın ev sahibliyi edəcəyi Kiprin AB Şurasında sədrliyinə həsr olunmuş təntənəli açılış mərasimində iştirak edəcək.
Bundan əlavə, səfər zamanı Zelenskinin Kipr Prezidenti Nikos Xristodulidis, daha sonra isə Kipr arxiyepiskopu Georgi ilə görüşü gözlənilir.
"Bu görüşdə AŞ Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iştirak edəcəklər", - məlumatda bildirib.
Xəbər 129 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR