Rusiyanın yeni hücumunun qarşısını almaq üçün yüz minlərlə AB sülhməramlısı müharibə bitdikdən sonra Ukraynaya göndərilməlidir.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"200 min minimumdur, əks halda heç nə olmayacaq. Rusiya sülh danışıqları zamanı Ukraynanın NATO-ya qəbul edilməməsini və ordusunun sayının beş dəfə azaldılmasını tələb etmək niyyətindədir. Biz buna imkan verməyəcəyik”, - Zelenski bildirib.
"Röyters” isə yazıb ki, Zelenskinin səsləndirdiyi rəqəm (200 min) Fransa Silahlı Qüvvələrinin 2020-ci ilə olan sayına bərabərdir.
"Faynənşl Tayms”ın məlumatına görə, NATO-nun Avropa üzvlərinin ordusunun sayı ümumilikdə 1.9 milyon nəfərdir və reallıqda onlara Ukraynaya 300 min nəfərlik ordu göndərməsi çətindir. Üstəlik bunun üçün qitəyə aylar lazımdır.
Qeyd edək ki, Vladimir Zelenski Ukrayna ordusunun sayının 880 min nəfər olduğunu bildirib.
Xəbər 56 dəfə oxunub.