Özəl uşaq bağçalarının qiymətində artım qeydə alınmayıb - SİYAHI

Özəl uşaq bağçalarının qiymətində artım qeydə alınmayıb   - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən özəl uşaq bağçalarının ödənişləri qiymət artımından sonra yüksəlməyib.


Aktual.az xəbər verir ki, "Report"un apardığı sorğu nəticəsində məlum olub ki, 2014-cü illə müqayisədə ötən il bəzi bağçalarda qiymət artımı qeydə alınsa da, 21 dekabr 2015-ci ildəki devalvasiyadan sonra bağçalarda qiymət artımı yoxdur.
"Cırtdan" uşaq bağçasından "Report"a bildirilib ki, hazırda bağçada aylıq ödəniş 300 manatdır. 2014-cü ildə bağçada ödəniş 250 manat olub, 2015-ci ilin sentyabr ayından isə ödənişin məbləği 50 manat artırılıb.
"Baby plaza" bağçasında hazırda aylıq ödəniş 650 manatdır. Qiymətin artırılıb-artırılmayacağına gəlincə, bağçadan qiymət artımının gözlənilmədiyi qeyd olunub. Burada uşaqlara gündə 5 dəfə yemək verilir.
"Bal-balam" uşaq bağçasında aylıq ödəniş 300 manatdır. Bağçadan hələ ki, qiymət artımının gözlənilmədiyi bildirilib.
"Teremok" uşaq bağçasında aylıq ödəniş 400 manatdır. Bağçadan qiymətlərin yüksəlməyəcəyini vurğulayıblar.
"Kainat" uşaq bağçasında aylıq ödəniş hazırda 250 manatdır ki, bu da ötənilki qiymətlə eynidir.
"Nord" uşaq bağçasında ödənişlər 180 manatdır və bağçadan qiymət artımının gözlənilmədiyi qeyd edilib.
"Happy-Babies" uşaq bağçasından isə bildiriblər ki, bağçanın Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən iki korpusundan birində aylıq ödəniş 500, digərində 400 manatdır. Ödənişin fərqli olmasına səbəb korpuslardan birinin otaqlarının balaca olmasıdır. Həmin bağçanın Xətai filialında ödəniş 400 manatdır. Bağçadan qiymət artımının nəzərdə tutulmadığı vurğulanıb.
"Günəş" Uşaq Təkamül Mərkəzindən isə bildirilib ki, uşaqlar mərkəzə 3 yaşından qəbul olunur. Hazırda burada aylıq ödəniş 380 manatdır. Qiymət artımının isə gözlənilmədiyi qeyd olunub. Bu qiymətə həftənin 5 günü səhər saat 08:00-dan axşam saat 19:00-dək olan xidmət daxildir.
Bağçaların əksəriyyətindən o da bildirilib ki, uşaq hər hansı səbəbdən bağçaya gətirilməzsə, bunun ödənişə aidiyyəti yoxdur, yəni aylıq ödəniş tam şəkildə ödənilməlidir.

Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR