Özəl sektorda işləyənlərin sayı artıb – STATİSTİKA

Özəl sektorda işləyənlərin sayı artıb   – STATİSTİKA

2016-cı il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 521,1 min nəfər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 889,7 min nəfəri dövlət sektorunda, 631,4 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
 
Qeyd edək ki, iyun ayında özəl sektorda çalışanların sayı artıb, dövlət sektorunda isə a zalıb. Bu il iyunun 1-dək muzsla işləyənlərin sayı 1 501,7 min nəfər olub. Onlardan dövlət sektorunda işləyənlərin sayı 891,3 min nəfər, özəl sektorda çalışanıar isə 610,4 min nəfər olub. Başqa sözlə, muzdla işləyənlərin sayı 19,4 min nəfər, özəl sektorda isə 21 min nəfər artıb.
 
Muzdla işləyənlərin
 
– 22,2 faizi təhsil,
– 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri,
– 12,9 faizi sənaye,
– 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,
– 7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,
– 6,8 faizi tikinti,
– 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı,
– 3,6 faizi peşə, elmi və texniki fəaliyyət,
– 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
– 1,8 faizi maliyyə və sığorta fəaliyyəti ilə məşğul olub.
 
Muzdla işləyənlərin 10,6 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıb. (fins.az)
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR