Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əmək haqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Hazırda suallardan biri də özəl sektorda maaş artımlarının olub-olmaması ilə bağlıdır.
Aktual.az xəbər verir ki. bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, minimum əmək haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edir:
"Deməli, gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Yəni, heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaşalanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alırsa, minimum əmək haqqındakı artım ona şamil olunacaq. Minimum əmək haqqında nə qədər artım olacaqsa, onun maaşı ən azı o qədər artmalıdır.
Bununla yanaşı, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əmək haqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa, bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır. Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa, minimum əmək haqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkarın ixtiyarındadır. Minimum əmək haqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir. Daha yüksək maaş alanların əmək haqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əmək haqqındakı gözlənilən artım, inflyasiya səviyyəsi özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsini zəruri edir”.
Xəbər 102 dəfə oxunub.