Özbəkistandakı diasporamız 20 Yanvar facisəi ilə bağlı geniş tədbir keçirdi - FOTOLAR

Özbəkistandakı diasporamız 20 Yanvar facisəi ilə bağlı geniş tədbir keçirdi   - FOTOLAR

Mobil Məmmədov: “O dövrdə faciə ilə bağlı ən sərt bəyanatı Ulu Öndər Heydər Əliyev verdi”

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş vermiş qətliamdan artıq 26 il ötür. Həmin hadisələrdən illər ötsə də, xalq 20 Yanvar faciəsinin şəhidlərini unutmur, azadlığımız uğrunda canından keçənləri böyük ehtiramla yad edir, onların ruhunu daim əziz tutur.

20 Yanvar faciəsi ölkəmizin hüdudlarından kənarda da geniş şəildə qeyd olunur. 

20 Yanvar faciəsi ilə bağlı faktların Özbəkistan ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki diasporu tərəfindən bir sıra tədbirlər təşkil edilib.

Daşkənd şəhərində diaspor təşkilatı olan “Respublika Azərbaycan milli mədəniyyət mərkəzi”  və “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi” ilə birlikdə 20 Yanvar faciəsi qurbanlarının xətirəsini əbədiləşdirmək və gənc nəsli daha da məlumatlandırmaq məqsədilə anım tədbiri keçirdi.

Tədbirdə Özbəkistanda ictimai təşkilatlarının nümayəndələri, tələbələr, elm xadimləri, ziyalıları və media nümayəndələri Özbəkistan–Azərbaycan dostluq cəmiyyətinin rəhbərləri, Səfirliyimizin məsul xadimləri və diaspor üzvləri iştirak ediblər.

Tədbir bir dəqiqəlik sükutla başlanmışdır. Sonra “Heydər Əliyev adına Azərbaycan mədəniyyət mərkəzi”nin direktoru Samir Abbasov çıxış sözündə faciə haqqında ətraflı məlumat verdi. Şəhidlərin xatirəsinin xalqımız üçün əbədi olduğunu deyən S. Abbasov dövləmizin Müstəqilliyi uğrunda aparılan mübarizənin hamımız üçün örnək olduğunu diqqətə gətirdi.

Daha sonra Diaspor Təşkilatının rəhbəri Mobil Məmmədov çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin baş vermə səbəblərindən danışdı və Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd etdi. O, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından və bunun nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini bildirərək, ümummilli lider Heydər Əliyev tərəfindən bu hadisəyə verilən qiymətdən danışdı.: “Biz 20 Yanvar hadisələrində, bütövlükdə müstəqilliyimizin bərpası istiqamətində aparılan mübarizədə canlarından keçən bütün şəhidlərimizin qarşısında baş əyirik. Onlara millətimizn qəhrəman oğulları kimi baxırıq. O dövrdə faciə ilə bağlı ən sərt bəyanatı Ulu Öndər Heydər Əliyev verdi və Onun təşəbbüsü ilə 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verildi. Ulu Öndərimizin sayəsində 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 Yanvar tarixini Ümumxalq Hüzn günü elan edildi. Bugün Cənab Prezident İlham Əliyev 20 Yanvar hadisələri zamanı şəhid olanların yaxınlarının sosial vəziyyətini daima nəzarətdə saxlayır və xüsusi qayğı göstərir. Bir diaspor təşkilatı kimi bizim üzərimizə də ölkəmizin başına gətirilən müsibətlər barədə yaşadığımız ölkə ictimaiyyətini məlumatlandırmaq kimi şərəfli bir missiya düşür”

Növbəti söz Özbəkistanda “Respublika Beynəlmiləl Mədəniyyət Mərkəzinin” rəhbəri Nəsrəddin Məhəmmədiyevə verildi.  Öz çıxışında rəhbər qeyd etdi ki,  Özbəkistanın və Azərbaycanın Müstəqillik üğrunda apardığı mübarizəsi millətinin qəhraman oğullarının  qanı və canı ilə qazanılıb: “Tarixə nəzər salsaq əgər,  görünür ki böyük imperiyalar dağılanda qanlar tökülür və canlar qurban verilir.  O, qurbanların aksəriyyəti hər bir millətin ən dəyərli və sucaətli oğuları  olurlar. Buna görə də onların adı əbədiyatda öz layıqlı yerini tapır. Allah şəhidlərə rəhmət eləsin, Azərbaycan Müstəqilliyi əbədi olsun.”

Çıxışlardan sonra sənədlı film nümayiş olundu. Filmdə Ümummili liderimiz Heydər Əliyevin hadisələrə münasibəti və vaxtında atdığı addımlara geniş yer verilmişdir.

Qeyd edək ki, Mədəniyyət mərkəzi binasının foyesində faciə ilə bağlı geniş rəsm və məlumatlandırıcı materialların sərgisi təşkil olunmuşdur.

Tədbir iştirakçılarına “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini” nəzdindəki fəaliyyət göstərən Azərbaycan dili sinfininin tələbələri faciə ilə bağlı şeirlər oxudular və müsiqilər səsləndirdilər. Anım mərasimində 300 yaxın insan iştirak edib.  

Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR