Özbəkistan prezidenti Mikayıl Cabbarovu qəbul edib - FOTO

Özbəkistan prezidenti Mikayıl Cabbarovu qəbul edib - FOTO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev fevralın 23-də Azərbaycanın iqtisadiyyat naziri, ikitərəfli Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovu qəbul edib.
Azərbaycan nümayəndə heyəti Özbəkistana Regionlar Forumunun və İşgüzar Şuranın birinci iclasında iştirak etmək üçün yollanıb.

Görüşdə dövlətlərarası səviyyədə əldə olunmuş razılaşmaların praktiki icrası məsələlərinə baxılıb.
İclasın əvvəlində iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb.
Söhbət zamanı avtomobil sənayesi, tekstil sənayesi və ipəkçilik sahələrində əməkdaşlıq layihələrinin həyata keçirilməsində əldə edilmiş irəliləyiş xüsusi məmnunluqla qeyd olunub.
Bildirilib ki, dövlətlər arasında birgə investisiya fondunun yaradılması haqqında saziş imzalanacaq. Həmçinin neft-qaz sektorunda, nəqliyyat və logistika sahəsində perspektivli layihələrlə əlaqədar hazırlıq işləri görülür.
İki ölkə arasında praktiki əməkdaşlıq portfelinin həyata keçirilən lokallaşdırma proqramı çərçivəsində daha da artırılmasının vacibliyi vurğulanıb.

 

Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR