Zaxarova: “Sülh sazişi ətrafında sıx koordinasiya aparılır”

Zaxarova: “Sülh sazişi ətrafında sıx koordinasiya aparılır”

Rusiya Cənubi Qafqazda sülh, sabitlik və firavanlığa nail olmaq üçün Ermənistan və Azərbaycana lazımi yardımı davam etdirəcək.
 
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Sülh müqaviləsinin hazırlanması Azərbaycan və Ermənistan tərəfdaşları ilə sıx əlaqələndirilir. Ölkəmizin fəal iştirakı ilə iki ölkə xalqları arasında etimadın möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir ”, - deyə Mariya Zaxarova bildirib .
 
O qeyd edib ki, burada söhbət cəmiyyət nümayəndələri, ekspert dairələri və parlamentarilər arasında dialoqun inkişaf etdirilməsindən gedir.

Xəbər 230 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR