Zaxarova: Qərb Kiyevin teraktlarına açıq dəstək verir

Zaxarova: Qərb Kiyevin teraktlarına açıq dəstək verir
  • DÜNYA

Qərb ölkələri Ukraynanın dinc əhaliyə və mülki infrastruktura qarşı terror hücumlarına açıq dəstək verməyə başlayıb.
Aktual.az
 xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində keçirilən brifinqdə deyib.
"Beynəlxalq vəziyyəti müəyyən edən amillərdən biri Ukrayna ətrafındakı böhran olaraq qalır və qərblilər bundan ölkəmizə qarşı istifadə edirlər. Bu məqsədlər üçün onlar Kiyev rejimini silah və pulla gücləndirməkdə davam edir, psevdosülh təşəbbüsləri irəli sürür və mümkün qədər çox ölkəni öz tərəflərinə çəkməyə çalışırlar. İndi isə dinc əhaliyə və mülki infrastruktura qarşı yönəlmiş terror aktlarına açıq dəstəyi müşahidə edirik”, - o bildirib.
Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR