Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın sərhəddə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirib.
Aktual.az xəbər verir ki, Zaxarova üçtərəfli razılaşmalarının həyata keçirilməsinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, razılaşmalarda nəzəriyyə və praktika, gələcək planlar var və sənədlər sadəcə vasitəçilər arasında və hər bir ölkə ilə ayrılıqda imzalanmayıb, uzunsürən tarixi münaqişənin tərəfləri arasında imzalanıb.
Zaxarova həm daxildən, həm də xaricdən razılaşmaları dəyişmək istəyənlərin olduğunu bildirib:
"Onlar çox şey vəd verirlər. Söz verməyi bacarırlar. Onların bu illər ərzində gördüyü işin nəticəsi olmadı. Əldə olunan üçtərəfli razılaşmalar isə kağız üzərində qalmadı. Onlar mərhələli şəkildə, addım-addım həyata keçirilir. Hər şey istəyən kimi reallaşmır. İstəyirik ki, maksimum olsun. Ona görə də reallığı xəyalla əvəz etmək olmaz".
Xəbər 906 dəfə oxunub.