Zavod işçiləri tətil elan etdi Türkiyədə

Zavod işçiləri tətil elan etdi  Türkiyədə

Türkiyədə "Fiat" və "Renault" avtomobil zavodlarının əməkdaşları tətil elan ediblər. 

"Renault" zavodunda iş cümə axşamı gecə saatlarında dayandırılıb. Fransanın avtomobil istehsalçısının mətbuat xidməti nümayəndəsinin məlumatına görə, aksiyada Bursa şəhərindəki zavodun 2,5 mindən çox işçisi iştirak edir. 

Həmçinin cümə günü İtaliyanın "Fiat" və Türkiyənin "Koç Holdinq" şirkətlərinin birgə müəssisəsi sayılan "Tofaş" zavodunun əməkdaşları fəaliyyətlərini dayandırıblar.
İşçilər əmək haqqının aşağı, iş şəraitinin isə pis olmasına etiraz edirlər.(Report)

Aktual.az

Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR