"Nikol Paşinyan bizimlə ikili oyun oynayır”.
Aktual.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın ikili oyun oynamasından şübhələndiyini bildirib.
Zatulin bunu Paşinyanın KTMT bəyannaməsinin layihəsini imzalamaqdan imtina etməsi ilə izah edib.
"Nikol Paşinyan bizimlə ikili oyun oynayır. Bir tərəfdən o, başa düşməlidir ki, bir çox ermənilər Rusiya-Ermənistan dostluğu ideyası ilə tərbiyə olunublar. Digər tərəfdən, səhərdən axşama kimi Paşinyanın bütün tərəfdarları Rusiyaya xəyanəti və Ermənistanı Azərbaycandan qoruya bilməyən KTMT-nin dəyərsizliyini gözləyirlər”, – deyə deputat bildirib.
Zatulin əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin KTMT sammitinə Ermənistana hörmət və onu müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək üçün gəlib.
"Lakin Paşinyan Azərbaycanla sərhədə KTMT-nin monitorinq missiyasının göndərilməsini təsdiq edən sənədi imzalamaqdan imtina etməklə bu tapşırığı çətinləşdirib”, – Zatulin qeyd edib.(konkret.az)
Xəbər 375 dəfə oxunub.