Zaqatalada qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə bağlı əyani vəsaitlər aşkar edilərək götürülüb.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, dekabrın 21-də Zaqatala rayonun Mamrux kəndində yaşayan Məhəmmədrəsul Canayevin evində oğlu İslamın və Ağdaş rayon sakini Cabir İsmayılovun qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etmələri RPŞ əməkdaşları tərəfindən müəyyən edilib.
Evə baxış zamanı 4 ədəd dini kitab, 25 ədəd broşür və 11 ədəd audiokaset aşkar edilərək götürülüb.