Zaporojye AES-də "Ferrosplavnaya-1” yüksək gərginlikli elektrik xətti kəsilib.
Aktual.az xəbər verir ki, bu barədə stansiyanın Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, AES-in bütün blokları hazırda bağlanıb və "soyuq dayanma” vəziyyətindədir.
"Təhlükəsizlik normalarının pozulması halları və radiasiya qeydə alınmayıb. Stansiyada və ətraf ərazilərdə radiasiya fonu təbii fon dəyərlərindən çox deyil”, - məlumatda bildirilib.
Bildirək ki, Zaporojye AES- Dnepr çayının sol sahilində, Ukraynanın Enerqodar şəhəri yaxınlığında yerləşir. Avropanın ən böyük atom elektrik stansiyasıdır. Stansiyada 1 giqavat gücündə altı enerji bloku var. 2022-ci ilin oktyabrında Rusiya AES –i nəzarətinə keçirib.
Xəbər 190 dəfə oxunub.