Baş Prokurorluq cənub bölgəsində yaşayan vətəndaşlara müraciət edib.
Qurumun mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Baş prokuror Zakir Qaralovun iyunun 17-də Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib.
Qəbul iyunun 24-də saat 11:00-da Lerik rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.
Xəbər 279 dəfə oxunub.