Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişikliyi olub.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Məlumata görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Şəmkir rayon prokuroru Allahverdi Novruzov tutduğu vəzifədən azad edilərək Masallı rayon prokuroru, Gəncə şəhər prokurorunun müavini Elçin Məmmədov isə tutduğu vəzifədən azad edilərək Lənkəran rayon prokuroru vəzifəsinə təyin ediliblər.