Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il noyabrın 13-də saat 11:00-da Hacıqabul rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Hacıqabul şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, onların rahatlığı üçün qəbula Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də yazıla bilərlər.