Zakir Qaralov rusiyalı həmkarına müraciət etdi

Zakir Qaralov rusiyalı həmkarına müraciət etdi

Baş prokuror Zakir Qaralov 2015-ci ilin iyulunda Sankt-Peterburq şəhərində polis əməkdaşının sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşı İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol verməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş prokuroru Yuri Çaykaya müraciət edib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə azərbaycanlı ailəsinə qarşı törədilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, polis əməkdaşı tərəfindən yol verilmiş cinayət hadisəsinin ictimaiyyət arasında rezonans doğurması bildirilməklə cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.

Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR