Baş prokuror Zakir Qaralov bir müddət əvvəl vəfat edən xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı və vəkili ilə görüşəcək.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, vəkil Vasif Mirzəyevin verdiyi məlumata görə, Z. Qaralaov onları aprelin 29-da qəbul edəcək:“Biz Mehriban Hüseynovanın işi ilə bağlı baş prokurorla görüşmək üçün müraciət etmişdik”.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva fevralın 25-də vəfat edib.