Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Rəşad Mahmuda başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, başsağlığında bildirilir:

"Pakistan İslam Respublikasının Lahor şəhərində törədilmiş terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması haqqında xəbər məni dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisələrdən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq. Bütün yaralılara Tanrıdan şəfa arzulayıram.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm".

Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR