Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskva şəhərinə yola düşüb.
Aktual.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan müdafiə nazirliyindən bildirilib.
Səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının dekabrın 23-də keçiriləcək növbəti iclasında iştirak etməkdir.