Zahid Oruc: "Əgər varsa, qara qutudan bu dövlətlərin əli çıxmayacaq!"

Zahid Oruc:

İran prezidenti və onunla birgə gedən heyətin vertolyot qəzası ilə bağlı ölkə başçısı İlham Əliyevin insani üzüntüsü və səfirliyi ziyarət etməsi yüksək dövlət ərkanıdır, hadisə ətrafında antiAzərbaycan böhtanların ən böyük cavabıdır. Faciədən əvvəl sərhəd hidroqovşaqlarının açılışı qəzadan dövlətlərarası nifaq düzəltməyə çalışanları ifşa edir.

Gülüstan müqaviləsindən, Yermolov ordularının çəkdiyi sərhəd xətlərindən sonra İlham Əliyev Xudafərini yenidən sülh və bütövlük rəmzinə çevirir. Belə tarixi hadisə son 2 əsrdə heç vaxt olmayıb. Prezident Arazın hər iki sahilini birləşdirdirir və vahid tarix, din, mədəni kökləri olan İran və Azərbaycan arasında soyuq münasibətləri aradan qaldırır, uzaq paytaxtların Cənubi Qafqazda hökmranlığına zərbə vurur.

İndi ölkəmizin adını çirkin maraqları üçün istismar edənlər, 1993-cü ildən sonra ölkəmizin heç bir xarici dövlətin forpostu olmadığını yaxşı bilirlər. İsrail və Amerikanın ölkəmizi İran əleyhinə ssenarilərə cəlb etməsi iddiaları beynəlmiləl toqquşma tərəfdarlarının uydurmasıdır. Azərbaycan dövləti heç vaxt böyük oyunlara yol vermədiyi üçün müharibədə Qələbə qazanıb.

Erməni teleqram kanallarında İran prezidentinin səfər tarixinin dəyişməsini rəsmi Bakının israrı ilə əlaqələndirənlər, məgər siz Tehranın rəsmi protokol idarəsində işləyirsiniz? Doğrudan o fakt təsdiqlənərsə, Rəisi əvvəlcə İrəvana getməliydisə, onda görüş qrafikini dəyişdirənlər qəzanın səbəbkarları ilə bir yerdədirlər. Şimal-Cənub layihəsi və Zəngəzur dəhlizinin gerçəkləşməsini yaxınlaşdıran Xudafərin-Qız qalası su qovşaqları Naxçıvana gedən yolun da açılması perpektivini gücləndirir, bəndlər, körpülər regionda yeni təhlükəsizlik arxitekturasına çevrilir. Ona görə də təxribat ssenariləri axtaranlar sərhədlərimizdə yerləşdirilən Avropa müşahidə missiyası nə qədər qaldıqca hələ çox qəzaların olacağını da bilsinlər.

Ölkəmiz son 30 ildə müxtəlif mədəniyyətlər, dinlər və dövlətlər arasında dialoq məkanıdır. Rusiya-Amerika, Rusiya-NATO generalları məhz Bakıda görüşüblər. Ona görə də İran qəzasını bütün Qafqazlarda qeyri-sabitlik mənbəyinə çevirməyə çalışanlar, COP-29-un keçirilməsinə təhlükə olduğunu iddia edənlər unutmasın ki, Vətən müharibəsi bütün qeyri-sabitlik faktorlarına-beynəlxalq terrora, separatizmə və sui-qəsdlərə son qoyub. Xalqımız 1991-ci ilin 20 noyabrında vertolyot qəzasında say-seçmə oğullarını necə itirdiyini, faciənin ardınca gələn torpaq itkilərini heç vaxt unutmayıb.

İlham Əliyev bütün Qafqazın xilaskarı kimi çıxış edir və prezidenti barış istəyən gürcünün, abxazın, çeçenin, milyonlarla cənubi azərbycanlının, farsın, hətta sülh istəyən ermənin də ümid yerinə çevirən onun regional təhlükəsizlik platformasıdır. İranla da münasibətlər yaxşılaşdıqca, İrəvanın Tehran üçün əhəmiyyəti aşağı düşəcək.

Ölkə rəhbəri və Türkiyə prezidenti "qardaşlarımızın kədərini bölüşürük”, deyərkən hər iki liderin bir qəti inamı var- duman çəkildikcə görünəcək ki, əgər varsa, qara qutudan bu dövlətlərin əli çıxmayacaq!

 


Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR