Zabratı su basıb – FOTO

Zabratı su basıb – FOTO

Zabrat gölündə suyun səviyyəsi qalxıb. 

Aktual.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, nəticədə gölün suyu daşaraq Zabrat-Pirşağı avtomobil yolunun üzərindən dəniz istiqamətində axmağa başlayıb.

O qeyd edib ki, gölün yaxınlığında yerləşən yaşayış evlərinin zirzəmiləri də su ilə dolub: "Ərazidəki suötürücüləri tutulub, sular idarə olunmur. Gölün ətrafındakı yaşayış evlərinin də sayı artıb. 

Atmosfer çöküntüləri, kanalizasiya suları, hamısı gölə axıdılır. Gölün çıxarı yoxdur, buna görə də gölün səviyyəsi qalxır”. 
 





Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR