Peşəkar döyüşçü, dünya və Avropa çempionu Zabit Səmədov onun fotoşəklindən kriminal xəbərlərdə istifadə edən agentliklərə etirazını bildirib.
Sport7.az xəbər verir ki, Səmədov bu etirazını sosial şəbəkə vasitəsiylə yayıb: "Bu gün saat 14:16-da "APA İnformasiya Agentliyi"nin dərc etdiyi kriminal xəbərdə aidiyyatı olmadan mənim fotomu təqdim etməsi məni çox məyus etdi. Belə bir qeyri-peşəkarlıq illərdir dünya arenalarında ölkəmizi uğurla təmsil etməklə qazandığım müsbət imicə zərbə vurur. Güman edirəm ki bu səhv tez bir zamanda aradan qaldırılar".