İtaliyanın "Yuventus" klubu Almaniya "Borussiya"sının (Dortmund) formasını geyinən İlkay Gündoğan üçün 30 milyon avro təklif edib.
Aktual.az-ın "Report"a istinadən verdiyi məlumata görə, artıq tərəflər arasında danışıqlar olub.
Lakin keçid qış transfer pəncərəsində baş tutmaya bilər. Buna səbəb Dortmund klubunun baş məşqçisi Tomas Tuxelin mövsüm sonuna qədər futbolçunu itirmək istəməməsidir.
Böyük ehtimalla Gündoğanın İtaliya klubuna keçidi yay transferin pəncərəsində reallaşacaq.