“Yuventus” Alleqrinin aydınlıq gətirib

“Yuventus” Alleqrinin aydınlıq gətirib

"Yuventus” baş məşqçisi Massimiliano Alleqrinin taleyinə aydınlıq gətirib.
Aktual.az xəbər verir ki, İtaliya təmsilçisinin
maliyyə direktoru Françesko Kalvo təcrübəli mütəxəssislə yollarına davam edəcəyini açıqlayıb.
55 yaşlı Alleqrinin doğru yolda olduğunu bildirən klub funksioneri gedişatdan da razı qaldığını deyib: "O, 4 illik müqavilə imzalayıb və bu layihənin həyata keçirilməsinin yarısına belə getməyib. Biz baş məşqçimizin işindən razıyıq və onunla bağlı heç bir müzakirə aparmırıq”.
Qeyd edək ki, 2021-ci ildən Turin klubuna rəhbərlik edən Alleqri ilə komanda bu mövsüm 48 matçda iştirak edərək, 25 qələbə, 9 heç-heçə və 14 məğlubiyyət alıb. "Ağ-qaralar” A seriyasında 32 matçdan sonra 60 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.


Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR