İngiltərənin "Mançester Yunayted” klubu futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində İtaliyanın "Yuventus” kollektivini qəbul edib.
"Report” xəbər verir ki, Mançester şəhərinin "Old Trafford” stadionunda baş tutan oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 17-ci dəqiqədə Turin klubunun argentinalı hücumçusu Paulo Dibala vurub.
Komandalar sonuncu dəfə Çempionlar Liqasında 2003-cü ildə qarşılaşıblar. Həmin vaxt qrup mərhələsinin hər iki matçında "MY” futbolçuları evdə 2:1, səfərdə isə 3:0 hesabı ilə qələbə qazanıblar.
Hazırda "Mançester Yunayted” üç turdan sonra turnir cədvəlində 4 xal ilə 2-ci, "Yuventus” isə 9 xalla birinci yerdə qərarlaşıb.
Paralel keçən qarşılaşmalarda bu nəticələr qeydə alınıb:
Çempionlar Liqası, 3-cü tur
H Qrupu
"Mançester Yunayted” (İngiltərə) – "Yuventus” (İtaliya) – 0:1
Qol: Dibala, 17.
"Yanq Boyz” (İsveçrə) – "Valensiya” (İspaniya) – 1:1
Qol: 0:1 – Batşuayi – 26, 1:1 – Oaro – 55 (pen)
G Qrupu
"Roma” (İtaliya) – MOİK (Rusiya) – 3:0
Qol: 1:0 – Dzeko – 30, 2:0 – Dzeko – 43, 3:0 – Ündər – 50
"Real” (İspaniya) – "Viktoriya” (Çexiya) – 2:1
Qol: 1:0 – Benzema – 11, 2:0 – Marselo – 55, 2:1 – Qroşovski – 78
F Qrupu
"Şaxtyor” (Ukrayna) – "Mançester Siti” (İngiltərə) – 0:3
Qol: 0:1 – Silva – 30, 0:2 – Laport – 35, 0:3 – Silva – 70
"Hoffenhaym” (Almaniya) – "Lion” (Fransa) – 3:3
Qol: 0:1 – Traore – 26, 1:1 – Kramariç – 32, 2:1 – Kramariç – 47, 2:2 – N’Dombele Alvaro – 59, 2:3 – Depay – 67, 3:3 – Joelinton – 90+2
E Qrupu
"Ayaks” (Niderland) – "Benfika” (Portuqaliya) – 1:0
Qol: 1:0 – Mazraui – 90+2
AEK (Yunanıstan) – "Bavariya” (Almaniya) – 0:2
Qol: 0:1 – Martines – 61, 0:2 – Levandovski – 63
Qeyd edək ki, "MY” – "Yuventus” oyunu öncəsi tıxaca düşən baş məşqçi Mourinyo stadiona piyada gedib.