YUNESKO ermənilərin arzusunu puç etdi

YUNESKO ermənilərin arzusunu puç etdi
  • DÜNYA

Ermənistan tərəfindən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına təqdim edilən “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsi tərəfindən qəbul edilməyib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, noyabrın 30-dan Namibiyanın paytaxtı Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir. Sessiya çərçvəsində ölkələr tərəfindən Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara dekabrın 1-də baxılmasına başlanıb.

Bundan öncə, YUNESKO Qiymətləndirmə Orqanı nominasiya fayllarını nəzərdən keçirib və hər ölkənin təqdim etdiyi fayla dair rəylərini bildirib. Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” tələb olunan beş kriteriyayanın hamısında mənfi rəy alıb.

Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, komitə Qiymətləndirmə Orqanının bununla bağlı qərarını dəstəkləyib və nominasiya faylını Ermənistan tərəfinə geri qaytarılması ilə bağlı qərar qəbul edib. Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə “Köçəri, ənənəvi qrup rəqsinin” Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edərək bu məsələ ilə bağlı Qiymətləndirmə Orqanının rəyinin və Komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanın Konvensiyanın tələblərinə riayət etməyə məcbur edəcəyini bildirib.

Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR