Yunanıstanda ABŞ və Türkiyə bayrağı yandırıldı - ruslara görə

Yunanıstanda ABŞ və Türkiyə bayrağı yandırıldı  - ruslara görə
  • DÜNYA

Yunanıstan paytaxtı Afinada Rusiyaya məxsus “Su-24” tipli təyyarənin vurulmasına etiraz olaraq aksiya keçirilib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, akisya iştirakçıları Türkiyə və ABŞ bayraqlarını yandırıblar.

Etiraz aksiyası Afinanın mərkəzi meydanı olan Sintaqma da keçirilib. 100 nəfər yaxın şəxs ölkə parlamentinin yanından keçərək Türkiyə Səfirliyinə yaxınlaşmağa cəhd ediblər.

Lakin polis diplomatik nümayəndəliyə 300 metr qalmış etirazçıların qarşısını kəsib.

Bundan sonra onlar NATO və Türkiyə əleyhinə şüarlar səsləndirib, plakatlar açıblar. Daha sonra etirazçılar ABŞ və Türkiyə bayraqlarını yandırıblar.

Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR