Yunanıstan UEFA və FİFA-dan uzaqlaşdırıla bilər

Yunanıstan UEFA və FİFA-dan uzaqlaşdırıla bilər

Cari mövsümdə Yunanıstan Kuboku yarışlarının keçirilməməsi qərarı ilə bağlı Yunanıstan UEFA və FİFA-dan xaric oluna bilər.

Aktual.az virtualaz.org-a istinadən bildirir ki, beynəlxalq təşkilatlar yarışın bitirilməsini tələb edirlər. Yunanıstanın İdman nazirliyi isə Kubok turnirinin ləğvi barədə artıq qərar qəbul edib.

"Kubok oynanılıb qurtarmalıdır. Azarkeşlərin bu münasibəti ilə başqa mübarizə yolları da var: tamaşaçısız oynamaq, neytral meydanşalarda oyunlar təşkil etmək. Biz nazirliyə bir az da vaxt verəcəyik ki, qərar dəyişdirilsin. Amma qorxuram ki, bu baş verməyəcək", - FİFA rəsmisi Kostakis Kutsukumnis belə deyib.

Qeyd edək ki, PAOK və "Olimpiakos" komandaları arasında Yunanıstan Kuboku uğrunda ilk yarımfinal oyununda qarışıqlıq düşmüşdü. Ev sahibi komandanın azarkeşləri meydançaya axışaraq, hakimi linç etmək istəmişdilər.

Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR