Türkiyənin İzmir şəhərinin sahillərində qaçaq miqrantları daşıyan qayıq batıb.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, Türkiyədən Avropaya köçmək istəyən miqrantların səfəri bu dəfə də ölümlə bitib. Dikili mahalından Yunanıstanın Midiya adasına keçmək istəyən miqrantları daşıyan taxta qayıq səhərə yaxın batıb. Faciədə 18 nəfər həyatını itirib.
Rəsmilər 21 nəfərin xilas edildiyini, faciədə ölənlərin cəsədlərinin dənizdən tapıldığını bildirib.
Aralarında uşaq da olan cəsədlər aidiyyəti qurumlara təhvil verilib. Xilas edilənlər arasında 1 yaşında körpə də var.