Yunanıstan Hərbi Hava Qüvvələrinə aid 4 "F-16" təyyarəsi Türkiyənin hava sərhədini pozub.
Aktual.az "Report"a istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Yunanıstanın 4 "F-16" qırıcısı yerli vaxtla saat 13.19 - 15.15 - arası Türkiyənin Antalya əyalətinin cənub-qərb hissəsində yerləşən Kaş bölgəsində hava sərhədini pozub. Yunan təyyarələri bir dəqiqə ölkənin ərazisində uçuş edib.
Balıkəsir rayonundan qalxan 2 "F-16" qırıcısı yunan təyyarələrini Türkiyənin hava məkanından çıxarıb.
Aktual.az