Yunanıstan müvəqqəti olaraq Türkiyə ilə sərhəddə yerləşən "İpsala" və "Pazarküle" sərhəd-keçid məntəqələrini bağlayıb.
Bu barədə Aktual.az azvision.az-a istinadən xəbər verir.
Sərhəd-keçid məntəqəsinin bağlanmasına səbəb kimi Yunanıstan tərəfi bu ölkənin Türkiyə ilə sərhəddə yerləşən ərazilərdə fermerlərin keçirdiyi etiraz aksiyası göstərilib.
Yunanıstan-Türkiyə sərhədinin hələlik nə vaxt açılacağı bilinmir.