Təklif səs çoxluğu ilə qəbul edilib.
Avropa Parlamenti çərşənbə axşamı Yunanıstanın 53 milyard avro məbləğində maliyyələşdirilməsi və planın realizəsi üçün təcili tədbirlər üçün səs verib.
Bu barədə RİA Novosti “İmerisiya” işgüzar nəşrinə istinadən xəbər verir.
Təklif səslərin çoxluğu ilə: 586 lehinə, 87 əleyhinə və 21 nəfər bitərəf olmaqla qəbul edilib.
Regionla inkişaf üzrə Komitənin təklifi 2014-2020-ci illər dövrü ərzində regional inkişaf, sosial, dəniz işləri və balıqçılıq fondlarının ehtiyatlarından maliyyələşdirməni nəzərdə tutur.
Vəsait milli mahiyyət daşıyan layihələrin (NSRF), eləcə də iqtisadi və investisiya iqliminin yaxşılaşmasını dəstəkləmək üçün ayrılır.
Təklif edilən fövqəladə tədbirlərin əsasında Yunanıstan həmmaliyyələşdirmədən azad edilir, eyni zamanda da ilkin maliyyələşdirmə səviyyəsi 3,5% artırılır.\oxuaz
Aktual.az