Xidmət rəisi ilə birlikdə onun müavini də tutduğu postdan azad edilib
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov vəzifəsindən azad edilib.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, xidmət rəisi ilə birlikdə onun müavini də tutduğu postdan azad edilib.
Məlumata görə, rəis vəzifəsindən çıxarılan M.İmanov eyni qurumda daha kiçik vəzifəyə keçirilib. O, xidmətdə sektor müdiri təyin edilib.
Qeyd edək ki, M.İmanovun yerinə hələ ki rəsmi təyinat yoxdur.