Kaliforniya Unversiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, yüksək təzyiqdən əziyyət çəkən insanlarda beyin daha sürətlə qocalır.
Hətta cavan hipertoniya xəstələrində yaddaş, məntiqi təfəkkür, informasiyanın mənimsənilməsi xeyli zəiflənmiş olur.
Aktual.az saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə, yüksək təzyiqdən əziyyət çəkən 50-yaşlı insanın beyini 65 yaşlı insanın beyini kimidir.
Alimlər MRT köməyi ilə hipertoniklərin beyin həcmini ölçüblər. Müayinə göstərib ki, bu kateqoriya insanlarda beyinin ölçüsü sağlam insanlarla müqayisədə 9% kiçikdir.
Alimlər arterial təzyiqinə daim nəzarət etməyi və təzyiqi normada saxlamağı tövsiyə edirlər. Təzyiqin norması 139/89 mm c.st. qədərdir. Daim yüksək təzyiqlə "gəzən" və bu təzyiqi "raboçi" təzyiq hesab edən insanlar öz sağlamlığına ciddi ziyan vurur. Onlarda infarkt və insult kimi ağır pozulmaların riski təzyiqi normada olan insanlarla müqayisədə olduqca çox olur.