Bakıda polis mayoru yolun əks istiqamətinə çıxaraq qəza törədib.
Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, hadisə Nizami rayonu, Çobanzadə küçəsində bir neçə gün öncə baş verib.
Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili olan mayor Seymur Qarayev xidmətdə olarkən idarə etdiyi "Chevrolet Niva" markalı 10 AP 738 nömrəli avtomobil yolun əks istiqamətində hərəkət edən Bakı sakini, 1995-ci il təvəllüdlü İlkin Məmmədovun idarə etdiyi "Moped"lə toqquşub.
Qəza nəticəsində xəsarət alan İ.Məmmədov Travmatologiya İnstitutuna yerləşdirilib.
Araşdırma aparılır.