Sabirabadda avtomobilin vurduğu piyada ölüb.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq ağır kəllə-beyin travması alan rayonun Azada kənd sakini 1969-cu il təvəllüdlü Məmmədov Hikmət Qüdrət oğlu Şirvan Şəhər Xəstəxanasında keçinib.
Qeyd edək ki, Hikmət Məmmədov yolu keçərkən mebel daşıyan "Mercedes” markalı yük avtomobili tərəfindən vurulub.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.
Aktual.az
Xəbər 362 dəfə oxunub.