Yoxlamaların dayandırılmasını Milli Məclis müzakirəyə çıxaracaq

Yoxlamaların dayandırılmasını Milli Məclis müzakirəyə çıxaracaq

Prezident İlham Əliyev tərəfindən sahibkarlıq fəaliyyətində yoxlamaların 2 il müddətinə dayandırılması ilə bağlı Milli Məclisə göndərilən sənəd parlamentə daxil olub.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, "Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında" qanun layihəsi Milli Məclisin oktyabrın 20-də keçiriləcək IV çağırışdakı son iclasında müzakirəyə çıxarılacaq. İclasın gündəliyinə ümumən 34 məsələ daxildir.

Dörd maddədən ibarət qanun layihəsinin 1-ci maddəsində bildirilir ki, sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması noyabrın 1-dən hesablanmaq şərtilə 2 il müddətinə nəzərdə tutulub.

Xəbər 552 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR