Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılmasının iki il müddətinə dayandırılmasından (2015-ci il noyabrın 1-dən) sonra yalnız 44 yoxlama aparılıb, o cümlədən, 2016-cı ilin I rübündə 34 yoxlama həyata keçirilib.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar Gününün təsis edilməsinə həsr edilmiş mətbuat konfransında deyib.
Müqayisə üçün 2015-ci ilin I rübündə 19 mindən çox yoxlama aparılıb.